24news.media

İsmayıllıda asma körpünü sel yararsız hala salıb

Country - Aug 2, 2024
İsmayıllıda asma körpünü sel yararsız hala salıb

İsmayıllıda asma körpünü sel yararsız hala salıb

 

"AzadBaki" İnformasiya Agentliyi xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, həyətində avtomobili olanlar bir qədər məsafə qət etməklə kəndin əsas hissəsinə, oradan da rayon mərkəzinə gedə bilirlər. Amma nəqliyyat vasitəsi olmayanlar çayın bir tərəfindən digər tərəfinə keçməkdə çətinlik çəkirlər. Kəndin digər hissəsinə keçid üçün yaxın məsafədə çay üzərində avtomobil körpüsü olmadığı üçün böyükdən-kiçiyə hər kəs əziyyət çəkir, üstəlik körpünün uçması məsələni daha da qəlizləşdirib.

Sakinləri narahat edən məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, kənd ərazisindən keçən Səngərçay üzərində olan və hazırda yararsız hala düşən körpünün təmir-bərpa işlərini kənd bələdiyyəsi öhdəsinə götürə bilər. Ancaq hələ ki, problem öz həllini tapmayıb.

Qalacıq kənd bələdiyyə sədri isə bildirib ki, körpünün bərpası müəyyən vəsait tələb edir və bu vəsait bələdiyyənin büdcəsində yoxdur: “Əgər sakinlər vergilərini versələr, əldə edilən vəsait hesabına körpünü bərpa etmək olar”.

İsmayıllıda asma körpünü sel yararsız hala salıb
İsmayıllıda asma körpünü sel yararsız hala salıb
İsmayıllıda asma körpünü sel yararsız hala salıb
İsmayıllıda asma körpünü sel yararsız hala salıb
Paylaş: