24news.media

İran və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

Region - May 26, 2024
İran və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub

İran və Rusiya XİN rəhbərləri arasında telefon danışığı olub.

 

"Azadzbaki" informasiya agentliyi İran mediasına istinadən xəbər verir ki, dünən İranın xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqeri Kəni ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. 

 

Bununla bağlı, Əli Baqeri öz "X" hesanında paylaşım edərək yazıb: 

 

"Diplomatik görüşlərin və təmasların davamı olaraq, rusiyalı həmkarım Sergey Lavrov mənimlə telefon əlaqəsi saxlayıb"

 

Qeyd olunub ki, söhbət zamanı tərəflər ölkələr arasında strateji tərəfdaşlığın formalaşması yönündə seçilmiş kursun qeyd-şərtsiz davam etdirilməsinə qəti sadiq olduqlarını təsdiqləyiblər. Habelə müxtəlif sahələrdə mövcud olan bütün razılaşmaların həyata keçirilməsinə hazırlıq müzakirə olunub. 

 

Paylaş: