24news.media

Qazaxıstan ölkə vətəndaşlarını İsrailə və Livana səfər etməməyə çağırıb

Region - Aug 2, 2024
Qazaxıstan ölkə vətəndaşlarını İsrailə və Livana səfər etməməyə çağırıb

Qazaxıstan ölkə vətəndaşlarını İsrailə və Livana səfər etməməyə çağırıb

 

"AzadBaki" İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, ölkə vətəndaşlarına regionda vəziyyət sabitləşənə qədər İsrail və Livana səfərlərdən müvəqqəti olaraq çəkinməyi tövsiyə edib.

Bundan əlavə, hazırda sözügedən ölkələrdəki Qazaxıstan vətəndaşlarına ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, yüksək təhlükəsizlik tədbirlərinə riayət etmək, sayıq və ehtiyatlı olmaq, son xəbərləri izləmək, həmçinin Xarici İşlər Nazirliyi və Qazaxıstanın İsrail və Livandakı səfirlikləri ilə əlaqədə qalmaq tövsiyə edilib.

Paylaş: