24news.media

Türkiyədə instaqrama girişin bağlanması Haniyənin ölümü ilə əlaqələndirilir

Region - Aug 2, 2024
Türkiyədə instaqrama girişin bağlanması Haniyənin ölümü ilə əlaqələndirilir

Türkiyədə instaqrama girişin bağlanması Haniyənin ölümü ilə əlaqələndirilir

 

Türkiyədə instaqram sosial şəbəkəsinə giriş bağlanıb.

“AzadBaki” İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirilib ki, Bilgi Texnologiyaları Qurumunun (BTG) tələbə ilə şəbəkəyə giriş məhdudlaşdırılıb.

Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara instaqramın qadağa qoyması göstərilir.

Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da məsələyə münasibət bildirib: “İnstaqramın insanların başsağlıqlarını məhdudlaşdırmasını şiddətlə qınayıram. Bu, konkret olaraq senzuradır”.

Paylaş: