24news.media

İsrail və Britaniya İran, Hizbullah və HƏMAS-a qarşı mübarizəni müzakirə ediblər

World - Aug 2, 2024
İsrail və Britaniya İran, Hizbullah və HƏMAS-a qarşı mübarizəni müzakirə ediblər

İsrail və Britaniya İran, Hizbullah və HƏMAS-a qarşı mübarizəni müzakirə ediblər

 

İsrail rejiminin xarici işlər naziri İsrael Katz britaniyalı həmkarı Devid Lammi və müdafiə naziri Con Hili ilə görüşüb.

"AzadBaki" İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Katz "X" sosial şəbəkəsində yazıb.

Söhbətin əsas mövzusu İran, Hizbullah və HƏMAS-a qarşı mübarizə olub.

“İran bu terror oxundakı ilanın başıdır və biz qüvvələri birləşdirməliyik”, - deyə Katz yazıb.

Bundan əvvəl, İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni Avropa İttifaqının Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell ilə telefon danışığı zamanı deyib ki, Avropa İttifaqının İsrail ordusunun Yaxın Şərqdəki hərəkətlərini görməzdən gəlməsi İsrail rejimini daha aqressiv addımlara sövq edir.

Paylaş: