24news.media

ABŞ 11 sentyabr terror aktında Ağ Evin rolunu araşdırır

World - Aug 2, 2024
ABŞ 11 sentyabr terror aktında Ağ Evin rolunu araşdırır

ABŞ 11 sentyabr terror aktında Ağ Evin rolunu araşdırır

 

ABŞ Konqresi 2001-ci il sentyabrın 11-də törədilən terror aktında əli olan üç müttəhimlə razılaşmada Ağ Evin rolunu araşdırmağa başlayıb.

"AzadBaki" İnformasiya Agentliyi "The New York Post”a istinadən xəbər verir ki, iyulun 31-də Pentaqon terror aktı qurbanlarının ailələrinə məktub göndərib və bu məktubda üç müttəhimin ölüm cəzası ömürlük həbslə əvəz olunacağı təqdirdə günahlarını etiraf etməyə hazır olduqları bildirilib.

Ağ Evin sözçüsü Con Kirbinin sözlərinə görə, Cozef Bayden administrasiyası son vaxtlara qədər bu razılaşma haqqında heç nə bilmirdi. Prezident ABŞ Müdafiə Nazirliyi ilə əlaqə saxlamağı və bu məsələni müzakirə etməyi tapşırıb.

Paylaş: